Bakıda “Toyota” dirəyə çırpıldı: sürücü öldü
10 mart 2015 03:08 (UTC +04:00)

Bakıda “Toyota” dirəyə çırpıldı: sürücü öldü

APA-nın məlumatına görə, hadisə gecə saatlarında Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

 

Sürücü Ramil Həbi oğlu Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobillə Cəlil Məmmədquluzadə küçəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib.

 

Nəticədə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və sonra bir neçə dəfə aşıb. Qəza zamanı sürücü Ramil Hacıyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Aldığımız məlumata görə, avtomobildə qadın sərnişin də olub. Lakin həmin şəxs qəzadan xəsarətsiz xilas ola bilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar