Oktyabrın 13-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla və Daş Karxanası küçələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qaşqay Bayramov xuliqanlıq zəminində bıçaqla 3 avtomobilin təkərini deşib. Lentr.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Q.Bayramov həmyerliləri Adəm Məmmədova məxsus “Hyundai”, Zahid Məmmədova məxsus “Mercedes” və Rüfət Əliyevə məxsus “VAZ-2106” markalı avtomaşınların təkərlərini deşib.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Bayramov tutulub. Araşdırmalar aparılır.