Binəqədi rayonu ərazisindəki mağazalardan birində oğurluq hadisəsi yaşanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İsayev tutulub.