Oktyabrın 4-dən 5-nə keçən gecə saat 23.20 radələrində Bakı şəhərinin Qaradağ rayonu ərazisində yük maşını sərnişin qatarına çırpılıb. Lent.az-ın məlumatına görə, Səngaçal Dəmir Yolu Stansiyasındakı qorunan keçiddə Şəmkir rayon sakini Vaqif Əhmədov idarə etdiyi “KamAZ” markalı avtomaşını Bakı-Ağstafa qatarına vurub. Nəticədə ölən və xəsarət alan olmayıb. Qatarın hərəkəti 1 saat ərzində dayanıb.
Faktla əlaqədar DİN NBPİ tərəfindən araşdırma aparılır.