Bakıda 93 yaşlı qadın mənzilində huşsuz vəziyyətdə tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Səbail rayonunda yaşayan 1921-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə giriş qapısının kilidini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb.
Səbail rayonun digər bir yerində də buna bənzər hadisə baş verib. Mənzildə bağlı qapı arxasında 1925-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə nərdivan vasitəsilə qalxaraq eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb.
Hər iki qoca qadın Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib