“Bu ilin aprelin sonundan sentyabrın sonunadək ilan sancmaları ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına 22 nəfər müraciət edib”. Bunu Lent.az-a açıqlamasında Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Onun sözlərinə görə, müraciət edənlər xəstəxanalara yerləşdirilib və qeyd olunan müraciətlərlə bağlı ölüm faktları qeydə alınmayıb.
O. Şahmalıyev deyib ki, ötən müddət ərzində həşərat sancmaları ilə əlaqədar vətəndaşlar tərəfindən 70-dən artıq müraciət edilib: “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına 73 həşərat sancması ilə bağlı müraciət daxil olub. Həmin müraciətlərə arı, əqrəb sancmaları daxildir”.