Bakıda 5 otaqlı ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 87 kv.m olan ikimərtəbəli 5 otaqlı evin dəhlizi, tavanı 2 kv.m, mətbəxin tavanının yanar konstruksiyaları 6 kv.m sahədə və bir ədəd qaz sobası yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının səbəbləri araşdırılır.