Bakıda 50 yaşlı kişinin qulağını kəsdilər
05 iyul 2016 04:10 (UTC +04:00)

Bakıda 50 yaşlı kişinin qulağını kəsdilər

Bakının Nizami rayonunda qanlı hadisə baş verib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, Qara Qarayev prospektində, "Neftçilər" metrostansiyasının yaxınlığındakı avtobus dayanacağında naməlum şəxs 50 yaşlı Tofiq Xudu oğlu Əzimovun qulağını kəsib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib.

 

Tofiq Əzimov ifadəsində bildirib ki, 62 saylı marşurutdan düşən zaman tanımadığı şəxslə mübahisəsi yaranıb. Mübahisə zamanı həmin şəxs bıçaqla ona xəsarət yetirib.

 

Faktla əlaqədar Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar