Dünən saat 15:20 radələrində Bakının Sabunçu rayonu ərazisində bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, bu barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən anspress-ə bildirilib.
Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi 18 ünvanında yaşayan 4 yaşlı Xəyal Xasıyev tonqalda yanıb. Uşaq həyətdə tonqalın yaxınlığında oynayırmış. Ehtiyatsızlıqdan uşaq tonqala yıxılıb. Ətrafda olan insanlar dərhal uşağı alovdan çıxarıblar. Çağırılan təcili tibbi yardım həkimlər Xəyal Xasıyevə ilkin yardım göstəriblər və onu xəstəxanaya yerləşdiriblər.
Hazırda uşağın vəziyyəti normaldır.