Bakıda 49 yaşlı kişi bıçaqla özünə qəsd edib
31 iyul 2019 22:58 (UTC +04:00)

Bakıda 49 yaşlı kişi bıçaqla özünə qəsd edib

 

Bakının Pirallahı rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə S.Bağırov küçəsi, Zirə bağlarında qeydə alınıb.

1970-ci il təvəllüdlü Paşayev Etibar Quraş oğlu bıçaqla əvvəllcə qollarını doğrayıb, daha sonra o, ürəyinə bıçaqla zərbə vurub.

Yaralı affekt vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o ölüb.

Polis əməkdaşları da E.Paşayevin intihar etdiyini təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Oxşar yazılar