Bakıda 4 nəfər zəhərlənib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 10-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Elvira Nuriyeva dərmandan, Xətai rayonu ərazisində kirayədə yaşayan Masallı rayon sakini Habil Əliyev isə evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər. Hər ikisinin həyatını xilas etmək mümkün olub. Martın 10-da Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan Qüdbəsər Allahverdiyev evində dəm qazından zəhərlənərək ölüb.
Hər 3 faktla bağlı araşdırma aparılır.