Bakıda dəhşətli qəzada ölən şəxs tanınmış həkim imiş - <span style="color:red;">YENİLƏNİB 2
11 mart 2015 17:39 (UTC +04:00)

Bakıda dəhşətli qəzada ölən şəxs tanınmış həkim imiş - YENİLƏNİB 2

0

Yasamal rayonunda ağır yol qəzasında dünyasını dəyişən şəxs tanınmış tibb işçisi imiş. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində vəfat edən Xalid Umudovun N.Tusi adına Klinikanın direktor müavini olduğu məlumolub.

 

Bilidirlir ki, X.Umudovun olduğu avtomobil Badamdar şossesindən Mikayıl Müşfiq küçəsinə doğru hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxarıb və X.Umudov xəstəxanaya aparılıb. Lakin tanınmış həkimi xilas etmək mümkün olmayıb. X.Umudov təcili yardım maşınında keçinib.
 

 

 

***** 

 

13:30

 

Daxili İşlər Nazirliyi Yasamal rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 11-də saat 01 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində Bakı şəhər sakini Muxtar Mehdiyev idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Onun sərnişinlərindən həmyerlisi Xalid Umudov xəstəxanaya aparılarkən ölüb, özünə və digər sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

*****

 

02:52

 

Bakının Yasamal rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Muxtar Mehdiyev "Nissan Maxima" markalı avtomobillə Badamdar şossesindən Mikayıl Müşfiq küçəsinə doğru hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.

 

Qəza zamanı sürücü Muxtar Mehdiyev, eləcə də sərnişinlər İmtiyaz Babayev və Xalid Umudov ağır bədən xəsarətləri alıblar. Arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxarıblar. Qəza nəticəsində xəsarət alan sürücü və sərnişinlər xəstəxanaya aparılıb.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 832

Oxşar yazılar