Bakı şəhərinin Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini 1976-cı il təvəllüdlü Mirəli Həqizadə naməlum şəraitdə bıçaqlanıb və ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq . M.Həqizadənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır. Qətli törətmiş şəxs və ya şəxslərin yaxalanması istiqamətində iş aparılır.