Bakıda oğurluq etmiş qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki evlərdən birindən 3350 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlahə Əsədova tutulub.
Araşdırma aparılır.