Bakıda 2 yaşlı uşaq siçan zəhəri içib
28 dekabr 2014 18:24 (UTC +04:00)

Bakıda 2 yaşlı uşaq siçan zəhəri içib

0

Bakıda azyaşlının zəhərlənməsi ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, hadisə İçərişəhərdə, Böyük Qala küçəsi dalan 3, ev 1 ünvanında baş verib. 2012-ci il təvəllüdlü Məmmədov Məhəmməd Azər oğlu ehtiyatsızlıqdan siçan dərmanı içib və zəhərlənib. O, təcili olaraq 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə gətirilib. Həkimlərin müdaxiləsindən sonra azyaşlının həyatını xilas etmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar