Bakıda 2 qardaşın qanı töküldü: 1 ölü, 1 yaralı
29 yanvar 2013 10:22 (UTC +04:00)

Bakıda 2 qardaşın qanı töküldü: 1 ölü, 1 yaralı

 

 

Yanvarın 29-na keçən gecə Bakı şəhərinin Nərimanov rayonunda 2 qardaş bıçaqlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Faiq Yusifov küçəsində 1975-ci il təvəllüdlü Orucov Vüqar Ənvər oğlu və onun 35 yaşlı qardaşı Bəxtiyar Orucov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. 38 yaşlı V.Orucov xəstəxanaya çatdırılsa da, ölüb. Onun kiçik qardaşının vəziyyəti isə orta-ağırdır.

 

Faktla əlaqədar cinayət işi başlanılıb. Orucov qardaşlarının bıçaqlayan şəxs və ya şəxslərin yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Nizam Rza

Oxşar yazılar