İntihar edən qadınlardan biri hamilə imiş
Bakı şəhərinin Sabunçu rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 23-də saat 17:30 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu 94 saylı yeni tikilidə yaşayan 1989-cu il təvəllüdlü, 7 aylıq hamilə olan Murtuzayeva Aminə Tahir qızı qonşu həyətdəki tikilidə olan borudan özünü asaraq intihar edib.
Daha bir intihar hadisəsi Nərimanov rayonu ərazisində baş verib. Hadisə bu gün saat 07 radələrində baş verib. 1951-ci il təvəllüdlü Həsənova Lena Lütfəli qızı özünü Nərimanov rayonu Qarabağ küçəsi, 8 saylı evin 9-cu mərtəbəsində yerləşən mənzilindən ataraq intihar edib.
Hər iki faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.