Bakıda 2 piyadanı vurub qaçan sürücü saxlandı
18 yanvar 2016 14:52 (UTC +04:00)

Bakıda 2 piyadanı vurub qaçan sürücü saxlandı

0

Bakıda piyadaları vurub qaçan  sürücünü şəxsiyyəti müəyyənləşib.

 

 

Lent.az-ın Daxili İşlər Nazirliyi istinadən məlumatına görə, yanvarın 16-da saat 01 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Vüsal Şərifov və Selcan Adıgözəlzadə vurulmuş və onlar xəstəxanaya yerləşdirilmişlər.

Suraxanı RPİ əməkdaşları tərəfindən hadisənin “VAZ-2107” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini İbrahim Rufullayev tərəfindən törədilməsi müəyyən edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar