Bakıda 2 nəfərin öldüyü atışmanın səbəbi açıqlandı - RƏSMİ
07 yanvar 2013 18:28 (UTC +04:00)

Bakıda 2 nəfərin öldüyü atışmanın səbəbi açıqlandı - RƏSMİ

Baş Prokurorluq və Daxidi İşlər Nazirliyi Balaxanıda baş verən atışma ilə bağlı birgə məlumat yayıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə yanvarın 6-da saat 18.00 radələrində paytaxtın Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymurla münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyevi və Sadiq Musayevi odlu silahdan atəş açaraq yaralayıb, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetiriblər.

 

Yaralılar dərhal Sabunçu rayonundakı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də Elxan Bayramzadənin və Elçin Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Həmin məlumatla əlaqədar daxili işlər və prokurorluq orqanlarının əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar - 1 ədəd “Makarov” tipli tapança, 5 giliz və 1 bıçaq götürülüb, habelə digər zəruri hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna həvalə edilib. İstintaqla müəyyən  edilib ki, hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla  biri-birlərinə yol vermədiklərinə görə Əsəd Əliyevlə Sadiq Musayev arasında mübahisə baş verib. Bu zaman Sadiq Musayev və onunla birlikdə olan Elxan Bayramzadə Əsəd Əliyevi yumruqla vurublar. Ertəsi gün Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşları Seymurla Teymur Elxan Bayramzadə, Elçin Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəyiblər. Lakin mübahisə daha da böyüyüb, bu zaman Teymur Əliyev üstündə gəzdirdiyi “Makarav” tipli tapançadan atəş açaraq Elçin Əliyevi baş nahiyəsindən, Sadiq Musayevi isə sağ bud nahiyəsindən yaralayıb, Məhəmməd Əliyev isə Elxan Bayramzadəni ürək nahiyəsindən  bıçaqla vurub.

 

Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əsəd və Məhəmməd Əliyevlər yanvarın 7-də  Bakı şəhərində, Seymur Əliyev isə Yevlax rayonunda tutularaq istintaqa cəlb ediliblər. Hazırda cinayətin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat və axtarış tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5550
avatar

Oxşar yazılar