Mayın 28-də Bakıda 30 yaşlı kişi intihar edib. Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Faiq Yusifov küçəsində 1983-cü il təvəllüdlü Cavid Mahmudov yaşadığı evdə özünü asaraq intihar edib. Oxşar hadisə Yasamal rayonu ərazisində də baş verib. Dilarə Əliyeva küçəsi 119 ünvanında 1950-ci il təvəllüdlü Vasilev Serqey Viktoroviç özünü asıb.
Hər iki faktla bağlı araşdırma aparılır.