Bakıda daha iki nəfər dənizdə batıb. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Pirşağı qəsəbəsində çimərlikdə Məhərrəm Bağırov dənizdə çimərkən boğulub.
Oxşar hadisə Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın yaxınlığındakı çimərlikdə də qeydə alınıb. Bakı şəhər sakini 42 yaşlı Araz Nadirov dənizdə çimərkən boğularaq ölüb.
Hər iki şəxsin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.