Bakının Binəqədi rayonu ərazisində 2 nəfər çoxmərtəbəli binadan yıxılaraq ölüb. Lent. az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 12-də Mehdiabad qəsəbəsinin ərazisindəki Gənclər Şəhərciyində tikilməkdə olan binada, orada işləyən Asəf Ələkbərov ehtiyatsızlığı nəticəsində 4-cü mərtəbədən yıxılaraq ölüb.
Oxşar hadisə Binəqədi rayonu H.Babaşov küçəsindəki 9 mərtəbəli binada da baş verib. Həmin binada təmir işləri aparan Zaqatala rayon sakini Nurbəy Şabanov 9-cu mərtəbədən yıxılaraq ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.