Bakıda 23 yaşlı oğlan faciəvi şəkildə öldü
30 dekabr 2012 10:57 (UTC +04:00)

Bakıda 23 yaşlı oğlan faciəvi şəkildə öldü

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi ev 23a ünvanında kirayədə yaşayan 1989-cu il təvəllüdlü Orucov Tural Elxan oğlunun meyiti tapılıb. Bərdə rayon sakini olan və Bakıda işləyən 23 yaşlı oğlanın meyiti evin vanna otağında aşkarlanıb.

 

İlkin məlumata görə, T.Orucov dəm qazından boğulub.

 

Qeyd edək ki, bu hadisə Binəqədi rayonu ərazisində son 3 gündə 3-cü dəm qazından boğulma faktıdır.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2185

Oxşar yazılar