İyunun 12-də Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi küçəsi 32 ünvanının qarşısında Masallı rayon sakini Ataşlı Sənan Hikmət oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.