Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Salyan yolu küçəsi-20 ünvanında qeydə alınıb.
Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Pünhan Müslüm oğlu Musayev işlədiyi "Portos İnşaat" MMC-nin hazırda inşasını davam etdirdiyi 8 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində təmizlik işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.
P. Musayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.