17 yaşlı oğlan boğulmazdan son anda xilas olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1997-ci il təvəllüdlü 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.