APA- nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Nərimanov rayonunda "QLOBAL" MTK inşaat şirkətinə məxsus 17 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Binanın 13-cü mərtəbəsindən 17-ci mərtəbəsinə qədər 20 ədəd elektrik sayğacı və 75 pm kabel yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 sakin təxliyə olunub.
Mənzillər yanğından mühafizə edilib və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.