Bakıda 16 yaşlı yeniyetmə qız çətin vəziyyətə düşüb. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində, “Nargilə” kafesinin yaxınlığında yerləşən fərdi evlərin birində baş verib. 1997-ci il təvəllüdlü Bağırova Türkan Vaqif qızı birmərtəbəli fərdi yaşayış evinin mətbəxinin pəncərəsindən 3 metr aşağıya düşüb və arasındakı məsafə təxminən 20 santimetr olan iki fərdi yaşayış evinin divarları arasında sıxılmış vəziyyətdə qalıb.
FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri perforatordan istifadə
etməklə iki fərdi yaşayış evinin divarları arasındakı məsafəni artırıb zərərçəkmiş
T.Bağırovanı çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının
əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.
Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, zərərçəkən ruhi xəstə olub. Hadisə baş verən zaman o, evdə tək olub.