Bakı şəhərinin Yasamal rayonu ərazisində 13 yaşlı qız itkin düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Yasamal sakini Jalə Qasımova 27-ci Polis Bölməsinə gələrək yeniyetmə qızının itkin düşməsi barədə məlumat verib. Qadın bildirib ki, qızı 2000-ci il təvəllüdlü Könül Bağırova iyunun 9-da marketə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
13 yaşlı qızın xarakterik əlamətləri götürülüb. K.Bağırovanın axtarışına başlanılıb.