Yanvarın 30-na keçən gecə Abşeron rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Atyalı qəsəbəsi ərazisində Bakı sakini Babək Qarayevin idarə etdiyi “Nissan” markalı avtomobil beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər 44 yaşlı Mahir Seyidov və Tərtər sakini Ramin Quliyev hadisə yerindəcə keçinib.
Sürücü və digər sərnişin Maqsud Məhəmmədov isə ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisəyə yüksək sürətin və yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.