İyulun 31-də Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Puta-Qızıldaş yolunda Elvin Məmmədovun idarə etdiyi “Ford-Tranzit” markalı yük maşını ilə Tariyel Əliyevin sürdüyü “VAZ 2103” toqquşub. Nəticədə minik avtomobilində olan sərnişin 1980-ci il təvəllüdlü Çingiz Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.