Bakı şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı
12 oktyabr 2013 18:14 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb.


 

APA-nın xəbərinə görə, açıqlamada deyilir:

 

“Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:20-dən 17.20-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1252
avatar

Oxşar yazılar