Bakı sakininə bıçaqla xəsarət yetirən şəxs tutuldu
11 iyul 2019 15:01 (UTC +04:00)

Bakı sakininə bıçaqla xəsarət yetirən şəxs tutuldu

0
Bakı şəhər sakinini hədələyən şəxs tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini T.Tanrıverdiyev iyulun 10-da saat 1 radələrində naməlum şəxsin onu bıçaqla hədələyərək pul verməsini tələb etməsini, istədiyinə nail olmadıqda ona əlindən bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirib.
 
24-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Nuriyev saxlanılıb.
 
Araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 893

Oxşar yazılar