Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına yeni rəis təyin olunub. Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin rəisi Mədət Quliyevin əmri ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi Azər Seyidov təcridxanaya rəis təyin olunub.
Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının əvvəlki rəisi E. Sadıqov bir neçə gün əvvəl yaş həddi ilə bağlı təqaüdə göndərilib.