Bakıda dənizdən çıxarılan qadın dispanserə yerləşdirildi - YENİLƏNİB
10 iyul 2016 12:51 (UTC +04:00)

Bakıda dənizdən çıxarılan qadın dispanserə yerləşdirildi - YENİLƏNİB

İyulun 8-də Bakı bulvarında özünü dənizə atan qadın xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, iyulun 8-də saat 21:50 radələrində Dənizkənarı Milli Parkda Saat qülləsi yaxınlığında özünü dənizə atan şəxsin 1944-cü ildə Bakı şəhərində anadan olmuş, Yasamal rayon sakini, ruhi xəstə Sadıqova Sevinc Əlisgəndər qızı olması müəyyən edilib.

 

 

Bildirilir ki, parkda istirahət edən vətəndaşlar tərəfindən Sevinc Sadıqova dənizdən çıxarılaraq polis əməkdaşlarına təhvil verilib və o, daha sonra Maştağadakı 1 saylı Ruhi əsəb dispanserinə yerləşdirilib. 

  

 

xxxxx

 

9 iyul

 

“Milli Park”ın ərazisində qadın özünü öldürməyə cəhd göstərib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 8-də Səbail rayonu “Milli Park”ın ərazisində Bakı şəhər sakini, ruhi xəstə Sevinc Sadıqova intihar məqsədilə özünü dənizə atıb. O, sudan çıxarılıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar