Milli Parkda bir nəfər özünü dənizə atıb
07 yanvar 2015 13:57 (UTC +04:00)

Milli Parkda bir nəfər özünü dənizə atıb

0

Dənizkənarı Milli Parkda bir nəfər intihar etməyə cəhd edib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən,  Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar