İyunun 15-nə keçən gecə saat 00 radələrində Bakı bulvarında intihara cəhd hadisəsi olub. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biznes Mərkəzinin arxa hissəsində Babək prospekti 87 ünvanındakı yataqxanada yaşayan 1972-ci il təvəllüdlü Quliyeva Səminə Səfər qızı özünü dəniz ataraq intihara cəhd göstərib və özünü dənizə atıb. Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri qadını ölümdən xilas ediblər və o xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, özünü öldürmək istəyən 41 yaşlı qadın ruhi-əsəb xəstəsidir.
Faktla əlaqədar araşdırmalar aparılır.