Bu gün Gürcüstanın “İmedi” telekanalının rəhbəri Marqarita Axvlediani Bakıda Heydər Əliyev adına Beynəlxalq Aeroportda saxlanılıb.
Lent.az-ın “haqqın.az” saytına istinadən verdiyi məlumata görə, Marqarita Axvlediani Tiflisdən Bakıya gəlmək istəyirmiş.
Marqarita Axvledianinin pasportunda Dağlıq Qarabağ səfər etməsi haqqında ştamp olduğu üçün saxlanılıb.