Bakı-Quba yolunda qəza: ana və azyaşlı qızı xəsarət aldı
03 iyul 2016 20:35 (UTC +04:00)

Bakı-Quba yolunda qəza: ana və azyaşlı qızı xəsarət aldı

0

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 62-ci km-də qeydə alınıb. “Hyundai” markalı nəqliyyat vasitəsi ilə “VAZ 2106” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz rayonu, Sabiroba kənd sakinləri 1988-ci il təvəllüdlü Rzayeva Esmira Əhməd qızı və onun 4 yaşlı qızı Aysudur. Onlar Siyəzən Regional Diaqnostika mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar