İyulun 23-də, axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 112-ci km-də qeydə alınıb.
90 BS 097 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdrəsinin istintaq və tədqiqat bölməsində araşdırmalar davam etdirilir.