Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 1955-ci il təvəllüdlü İlyas Qurbanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil, 1992-ci il təvəllüdlü Altun Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ -2109” un sürücüsü və maşındakı 5 sərnişin yaralanaraq, xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan “VAZ 2109” un sürücüsü İlyas Qurbanov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və orada vəfat edib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.