Bir neçə dəqiqə əvvəl təyyarədə olan sərnişinlərə artıq nasazlığın aradan qaldırıldığı barədə məlumat verilib. Təyyarə yanacaq doldurduqdan sonra havaya qalxacaq.
Qeyd edək ki, təyyarə "Türk Hava Yolları"na məxsusdur.
*****
Bu gün saat 13.05-də Bakıdan Antalyaya uçan təyyarə havaya qalxandan sonra nasazlıq yaranıb. Lent.az-ın məlumatına görə, təyyarə 1 saat havada dövr edəndən sonra yenidən hava limanına qayıdıb. Qapının normal bağlanmaması səbəbindən salonun hermetikliyi pozulub. Təyyarənin salonunda 25 nəfərə yaxın media təmsilçisi də olub.
Hazırda 200-ə qədər sərnişin təyyarədə hava limanında gözləyir.