Bacısını güllələyən qardaş: "Qorxutmaq istədim..."
11 mart 2015 16:42 (UTC +04:00)

Bacısını güllələyən qardaş: "Qorxutmaq istədim..."

Martın 10-da Xırdalanda bacısını güllələyən 1963-cü il təvəllüdlü Nadir Adduləliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Güllə yarası almış Aybəniz Lətifova isə hazırda xəstəxanada müalicə olunur. APA TV-nin xəbərinə görə, hadisə Xırdalan şəhərindəki mərkəzi bazarda qeydə alınıb. 1963-cü il təvəllüdlü Nadir Abduləliyev bazarda bacısı, 1965-ci il təvəllüdlü Aybəniz Lətifovaya ov tüfəngindən atəş açıb.
 
Məlumata görə, ərindən boşanan Aybəniz Lətifova ilə qardaşının  münasibətləri sərin olub. Pula ehtiyacı olan qadın bankdan kredit götürmək istəyib və qardaşından ona zamin durmasını xahiş edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb: "Məni çağırdı, bazara getdim, qorxutmaq üçün 2 dəfə atəş açdım".    
 
Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Oxşar yazılar