Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, “Hyundai Elantra” markalı avtomobil Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsindəki piyada keçidinə çırpılıb. Hadisə nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, avtomobilin piyada keçidinə çırpılması nəticəsində keçidin sağ tərəfindəki 3 işıqlandırma dirəyi zədələnib. Bundan başqa mərmərdən hazırlanmış bəzək şarı dağılıb, 30 kvadrat metr mərmər örtük, mərmər pilləkən meydançası da ciddi ziyan görüb. Keçidə ümumilikdə 2 min manata dəyərində zərər dəyib.
Qeyd edək ki, avtomobilin çırpıldığı piyada keçidi 2012-ci ildə istifadəyə verilib.