Azərbaycanlı yazıçının ayağı sınıb
20 avqust 2015 10:42 (UTC +04:00)

Azərbaycanlı yazıçının ayağı sınıb

0

Yazıçı Vidadi Babanlının ayağı sınıb. Bu barədə APA-ya yazıçının özü məlumat verib.

 

V. Babanlı hazırda yataq şəraitində müalicə aldığını bildirib: “Zaqatalaya istirahətə gəlmişdim, yıxılıb ayağımı sındırdım. İndi yataqdayam, gecələr möhkəm ağrılarım olur. Belə görürəm ki, sınığın bitişməyi uzun çəkəcək”.

 

V. Babanlı əlavə edib ki, müalicəsi hazırda ev şəraitində davam edir: “Hər şey həkimlərin məsləhətindən asılıdır. Bakıya getməyim hələlik mümkün deyil. Gərək tam sağalam ki, ayağa durmağım mümkün olsun, yoxsa fəsadı çox olar”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar