“Qonşu evdə partlayış oldu. Nəticədə bizim evdə yandı. Evdən heç bir əşyamızı çıxara bilmədik". Bunu Lent.az-a açıqlamasında evi yanan müğənni Azad Şabanov deyib. O bildirib ki, hazırda evləri yarasız vəziyyətdədir: "Hər şey bir anının içində yanaraq kül oldu. Evimiz yarasız vəziyyətdədir. Orada yaşamaq olmaz. Hadisə yerinə polislər gəliblər. Araşdırmalar aparılır”.
**
Bakıda tanınmış müğənniyə məxsus 2 otaqlı ev yanaraq külə dönüb.
Lent.az anspress-ə istinadən xəbər verir ki, hadisə martın 6-da, gecə saat 01:22-də, paytaxtın Səbail rayonu ərazisində, 20-ci sahədəki binada baş verib. Alov əvvəlcə birotaqlı evdə başlayıb.
Daha sonra alov qonşuluqda yaşayan müğənni Azad Şabanovun 2 otaqlı mənzilinə keçib. Yanğın şiddətlənib. Xoşbəxtlikdən evdə adam olmadığı üçün xəsarət alan olmayıb.
Yanğınsöndürənlər alovu söndürüblər. Lakin mənzildəki əşyaların çoxu yanaraq yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, gənc müğənni Azad Şabanov “Yeni ulduz-7” mahnı yarışmasının ikincisi olub. 2010-cu ildə Azad Şabanov 2010 Euroviziya Mahnı Müsabiqəsində iştirak etmək üçün milli seçimə qoşulub.
"Smile" mahnısını ifa edən Azad münsiflər heyətinin səsverməsindən keçə bilməyib.