Azərbaycanın bu bölgələrində yanğın olub
29 aprel 2017 17:00 (UTC +04:00)

Azərbaycanın bu bölgələrində yanğın olub

Azərbaycanın müxtəlif yerlərində yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağstafa rayonu, Muğanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan yardımçı tikilinin yanar konstruksiyaları 75 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Lənkəran rayonu, Mamusta kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 Şabran rayonu, Daşlıyataq kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan  birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 84
avatar

Oxşar yazılar