Azərbaycanın ABŞ-dakı səfirliyində səsvermə prosesi başa çatıb. APA-nın məlumatına görə, ABŞ-da yaşayan Azərbaycan vətəndaşları səfirlikdə Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq yaradılmış 15 saylı Yasamal birinci Seçki Dairəsi üzrə 38 saylı seçki məntəqəsində səs veriblər. Burada ABŞ-da daimi yaşayan 118 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda da seçki məntəqəsi yaradılıb və səsvermə keçirilib.