Azərbaycandan qaçmaq istəyən şəxs sərhəd-keçid məntəqəsində tutuldu
31 iyul 2015 15:49 (UTC +04:00)

Azərbaycandan qaçmaq istəyən şəxs sərhəd-keçid məntəqəsində tutuldu

0

 

 

Şirvanda cinayət törətməkdə təqsirli bilinən şəxs dövlət sərhədini keçmək istəyərkən saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə,  iyulun 30-da saat 23:30 radələrində Şirvan şəhəri M.Əzizbəyov küçəsi, 21 ünvanında yerləşən fərdi yaşayış evində  Hacıqabul sakini, 1978-ci il təvəllüdlü Elşən Əlizadə oğlu Bağıyev yeznəsi, 1979-cu il təvəllüdlü Cəfərov Fizuli Vilayət oğlunu bıçaqlayıb. 

 

 Əvvəllər məhkum olunmuş E. Bağiyev yeznəsini bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

 

Bu gün səhər saatlarında o, dövlət sərhədini keçmək istəyərkən Samur sərhəd-keçid məntəqəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 419

Oxşar yazılar