Mayın 27-də Biləsuvar rayonunda 16 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində “Qaz
Biləsuvar rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə Biləsuvar-Mingəçevir yolunun 35-ci kilometrliyinin yaxınlığında,əkin sahəsinin içində baş verib. Əkin sahəsindən işçiləri toplayaraq evlərinə çatdıran yük maşının sürücüsü, İmişli rayonunun Aranlı kənd sakini Əhədov Heydərəli Səyyar oğlu idarəetməni itirib. Yük maşınının təkəri su arxına düşüb və "QAZ 53" böyürü üstə kanala düşüb. Yük yerində olan dadınlar isə yerə yıxılıblar. Yaralıların əksəriyyəti yüngül sıyrıq və xərda sınıq xəsarətləri ilə canlarını qurtarıblar.